“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

21:20 - 18 Aprel 2024

“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb.

 

Manset.az  bildirir ki, lent.az -ın xəbərinə görə, o iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını avtomobil qəzasında itirdiyini söyləyib.

"Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacam", -  o bildirib.

Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin