“Pulum olsaydı, qardaşıma 1 il yas tutardım” - VİDEO

10:10 - 9 Avqust 2022

“Pulum olsaydı, qardaşıma 1 il yas tutardım” - VİDEO

“Mənim dərdim var. Ömür boyu yadımdan çıxmayacaq. Heç çıxmasın da”.

 

Manset.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “O üz” verilişində deyib. 

Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşa yas saxlaya bilməməsinin səbəbini açıqlayıb: “Hərdən nəsə deyirlər. Deyirəm, nə istəyirsiniz məndən? Görürsünüz ki, mənim qardaşım rəhmətə gedib, bəzənirəm, toya gedirəm. Yas saxladım ki, ona? Nə istəyirsiniz məndən? Uşaqlar, karantin olmasaydı, kənarda bir az pulum olsaydı, bir il ona yas tutardım, heç bəzənməzdim. Deyirlər, həkimin də işi var, müəllimin də. Onlar mənim kimi bəzənmirlər axı. Onlar gözəl olmağa çalışmırlar axı, geyim, toy libası seçmirlər. Bizim işimiz çox çətindir. Bir də görürsən, kimsə məndən inciyir, yazır, cavab vermirəm. Deyirəm ki, mən sənə nə etmişəm ki? Dərdimi çəkməyə də qoymursunuz”.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin