Şəbnəm Tovuzlu saxtakarlıqda ittiham olunur

17:38 - 22 Avqust 2022

Şəbnəm Tovuzlu saxtakarlıqda ittiham olunur

Müğənni Şəbnəm Tovuzlu saxtakarlıqda ittiham olunur.

 

Manset.az OLAY-a istinadən xəbər verir ki, sənətçinin “Instagram”da təşkil etdiyi yarış düzgün keçirilməyib.

Belə ki, yarışda iştirak edən sponsorlardan biri ifaçıdan şikayətçidir.

O bildirir ki, Ş.Tovuzlunun “Giveaway”dən sonra real izləyicilər əvəzinə, səhifələrə panel vurulub. Beləliklə, “follower”ləri ingilis, ərəb, pakistanlı və sairə kimi saxta hesablar olub.

Sözügedən məsələ ilə bağlı sayt Ş.Tovuzlu ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin