Almaniya Prezidenti Kiyevə planlaşdırılan səfərini ləğv etdi

23:20 - 19 Oktyabr 2022

Almaniya Prezidenti Kiyevə planlaşdırılan səfərini ləğv etdi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 20-nə planlaşdırılan Kiyev səfərini ləğv edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ştaynmayerin Ukraynanın paytaxtına səfəri bir neçə həftə ərzində razılaşdırılıb. Lakin Almaniya dövlət başçısının ofisi səfərin ləğvini “təhlükəsizlik səbəbi ilə” əsaslandırıb.

Rəsmi Kiyevdə belə bir addım narazılıq və hətta qıcıq yaradıb.

“Almaniya Prezidenti səfərini ləğv edərkən, hazırda Ukraynanın paytaxtında olmaq istəyən çoxlu xarici diplomatlar və qonaqlar var”, - Ukrayna hökumətinin sözçüsü “Bild”ə deyib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin