Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
17 May 2024
18:52 - 16 Dekabr 2022
Azərbaycanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Privolnoye kənd sakini Rzayev Əfqan Məhəmməd oğlunun yaşadığı kəndin ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan ilkin araşdırma zamanı Cəlilabad rayonunun Privolnoye bələdiyyəsinin sabiq sədri Məmmədov Qəmbər Nüsrət oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 1 yanvar 2015-ci il tarixdən 1 avqust 2022-ci il tarixədək olan müddət ərzində bələdiyyə büdcəsinə ziyan vurmaqla həmin məbləğdə pul vəsaitini israf etməsinə, işlədiyi dövr ərzində ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin