Məleykə Əsədovanın səhhəti pisləşdi - Tamaşası təxirə düşdü (FOTO)

13:12 - 12 Yanvar 2023

Məleykə Əsədovanın səhhəti pisləşdi - Tamaşası təxirə düşdü (FOTO)

Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaranıb. 

 

Manset.az xəbər verir ki, aktrisa son zamanlar ölkədə kütləvi formada yayılan "İnfluenza" xəstəliyinə görə tamaşada iştirak edə bilməyəcəyini açıqlayıb. 

Onun "Xurşidbanu Natəvan" tamaşası yanvarın 15-dən 26-sı tarixinə keçirilib:

"Sənətimi sevən, teatr sevər tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz "Xurşidbanu Natəvan" tamaşası, son zamanlar yayılan qriplərin mənə də təsiri nəticəsində yanvarın 15-dən 26-na keçirilib. Allah izin verərsə, 26-da mən deyən yox, Allah deyən olarsa, varlığımla, sənətimlə, möhtəşəm Xurşidbanun qəzəlləri ilə sizləri sevindirəcəm".


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin