"Konsertimə gələn qız əsir düşüb" - Samirə

22:10 - 8 Oktyabr 2023

Xəbər verdiyimiz kimi, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Əraziyə nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000-dən çox raket atıldığını bildirib.

 

Tel-Əvivə konsertə gedən "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi də bu səbəbdən ailəsi ilə birlikdə orada qalıb.

Manset.az xəbər verir ki, Samirə canlı yayım açaraq oradakı durumdan danışıb. İfaçı bildirib ki, konsertində olan bir nəfəri əsir götürüblər:

“Ürəklərində mərhəmət yoxdur. Qız almandır, İsraildə yaşayır. Konsertə də gəlmişdi, əsir düşüb. Burada qəribə hadisələr olur. Küçədə ciddi yoxlanış var. Hava limanında elə hadisələr baş verir ki… Neçə dəfə uçuş təxirə salındı. Biletlərin qiyməti bahalaşdı. Nəsə baş versə video çəkib paylaşacağam”.

Qeyd edək ki, Samirə bu gün Bakıya qayıdacaqlarını deyib. ("Axşam")


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin