Röya Ayxan illərdir küsülü olduğu həmkarlarını bağ evində qonaq etdi - VİDEO

11:40 - 10 Oktyabr 2023

Röya Ayxan illərdir küsülü olduğu həmkarlarını bağ evində qonaq etdi - VİDEO

Xalq artisti Röya Ayxan uzun illərdir küsülü olduğu həmkarları Natavan Həbibi ilə Səidə Sultanı dəbdəbəli malikanəsində qonaq edib.

 

Manset.az xəbər verir ki, bu barədə Səidə şəxsi instaqram hesabında foto paylaşaraq "İllər keçsə də, nə qədər didişsək də, doğmalıq keçmir" sözlərini əlavə edib.

Gecə boyunca məşhurlar Röyanın evində mahnılar ifa edərək xeyli əyləniblər.

Xatırladaq ki, məşhur "W-trio" qrupunun keçmiş üzvləri Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Səidə Sultan uzun illərdir ki, küsülü idilər.

Onlar ilk barışıq addımını Səidə Sultanın toyunda ataraq bir araya gəldilər. Hər üç məşhur arasında illərdir qalmaqal yaşanırdı. Sonuncu dəfə bu qalmaqal geyimə görə baş vermişdi. 


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin