“Aygün Kazımova plastik əməliyyatlardan əvvəl dünya gözəli idi” – VİDEO

23:34 - 11 Oktyabr 2023

“Aygün Kazımova plastik əməliyyatlardan əvvəl dünya gözəli idi” – VİDEO

Aparıcı Rövşanə Ağasəfqızı Xalq artisti Aygün Kazımova barədə açıqlaması ilə gündəmə səs salıb. 

 

Manset.az bizim.media-ya istinadən bildirir ki, qalmaqallı aparıcı qonaq olduğu "Günə son" ictimai-sosial verilişində estrada ulduzunun keçirdiyi əməliyyatdan söz açıb. 

Ağasəfqızı bildirib ki, Kazımova etdirdiyi plastik əməliyyatlardan əvvəl daha gözəl olub: 

"Aygün Kazımova plastik əməliyyat etdirməmişdən əvvəl dünya gözəli idi. Aygün xanımın özünə də, sənətinə də böyük hörmətim var. Amma bu xanım əməliyyat etdirməmiş daha gözəl idi". 

Rövşanə daha sonra verilişin aparıcısı Ülvira Qarayevaya söz atıb. Ağasəfqızı bildirib ki, Qarayeva əməliyyat keçirərək özünü Aygün Kazımovaya oxşadıb. 

Buna cavab olaraq Ülvira "Mənim üçün şərəfdir, o cür gözəl Aygün xanıma oxşamaq" fikrini ifadə edib. 


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin