Astarada 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi - YENİLƏNİB

12:48 - 29 Oktyabr 2023

Astarada 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi - YENİLƏNİB

Astarada baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, qətl qisas zəminində, bilərəkdən törədilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərviz Əhmədovun atası təqribən 4 ay əvvəl həbs olunub. Onun atasının həbs olunmasına səbəb isə B.Vahabovun rolu olduğu bildirilir.

Qeyd edək ki, mərhum və hadisəni törədən yaxın qohumdurlar.

***

09:48

Oktyabrın 29-da saat 08 :30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin