Xalq artisti məhkum qadınla duet oxuyacaq

20:11 - 28 Noyabr 2023

Xalq artisti məhkum qadınla duet oxuyacaq

"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimi Birliyinin ulduz səfiri seçilən Xalq Artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək.

 

Manst.az  teleqraf.com-a istinadən bildirir ki, birliyin sədri Firuzə Cəlilova sənətçiyə birliyin himni olaraq mahnıları arasından birini seçməyi təklif edib. Müğənni bu fikri çox maraqlı şəkildə formalaşdırıb. T. Ağayeva öz mahnılarından birini Birliyin himni üçün seçəcəyini, lakin bu mahnını məhkum qadınlardan biri ilə duet şəklində oxuyacağını söyləyəndə onlar fikri çox bəyənib və bunun üçün hazırlıqlara başlayıblar.

Xalq Artisti hazırda məhkum qadınlar arasında ona lazım olan səsi tapmaq üçün seçim turu mərhələsinə başlayıb. Səs axtarışına çıxan sənətçinin duet ortağı kim olacaq? Məhkum həyatı yaşayan hansı qadının şansı üzünə güləcək? Məhkum olan hansı qadın şöhrətin bir astanasındadır? Bu sualların cavabını tapmağa lap az qaldı.

Qeyd edək ki, məhkum qadınlarla ünsiyyətdə müəyyən məhdudiyyətlər olduğu üçün Xalq Artisti seçimlərini video foratda aparır. Səslər telefonda çəkilib göndərilir, müğənni dinləyərk seçimlərini edir. Sənətçi etiraf edib ki, müsabiqəni elan edəndə qarşısına belə istedadların çıxacağını gözləməyib. O bizim qarşımıza kimi çıxaracaq? Maraqla gözləyək.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin