Avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - VİDEO

13:56 - 15 Dekabr 2023

Avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - VİDEO

Sumqayıtda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobuslarında cibgirlik edən əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Binyat Binyatov saxlanılıb. Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının içərisində 1500 manat, bank kartları və sənədləri olan çantasını oğurladığı məlum olub. B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa bu kimi analoji cinayətlər törətməsi istisna edilmir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

 

Sumqayıtda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb - VİDEO

 

 


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin