logo
logo logo
logo

Parkda tapılan azyaşlının valideyni cəzalandırıldı - YENİLƏNİB

22:56 - 26 Noyabr 2026

Parkda tapılan azyaşlının valideyni cəzalandırıldı - YENİLƏNİB

Bu gün sığınacağa yerləşdirilən azyaşlının valideyni barəsində inzibati tədbir görülüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı polis tərəfindən müvafiq araşdırma aparılıb:

"İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik edən və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub".

***

Bakıda atalığının davranışlarına dözməyən azyaşlı gecəni parkda keçirib.


Manset.az xəbər verir ki, bu barədə “Mehriban Qadın və Uşaq Sığınacağı” paylaşım edib.

Bildirilib ki, vətəndaşlardan biri onu parkda görərək polisə məlumat verib: “Azyaşlı atası həbs olunduqdan sonra anası ilə birlikdə yaşamağa davam edib. Lakin bir müddət sonra anası yenidən ailə qurub, o, çətin günlər yaşayıb. Bildirdiyinə görə, atalığı onunla kobud davranıb və evdə yaşadığı münasibətlər zamanla dözülməz həddə çatıb.

Sonuncu dəfə yaşadığı vəziyyətə dözə bilməyən uşaq gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Təsadüfən onu görən vətəndaşlardan biri dərhal polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra uşaq sığınacağa gətirilib.

Məlumata görə, balacanın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan əlavə, daha iki bacı-qardaşı doğuşdan sonra həyatını itirib. Hazırda uşağın ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini bildirir və başqa yerə getmək istəmədiyini açıq şəkildə ifadə edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az