Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

19:33 - 17 Aprel 2024

Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Qarabağdakı rus sülhməramlılarının missiyasını tam yerinə yetirilmiş hesab etmək olar.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov deyib.

Onun sözlərinə görə, Qarabağda döyüşən tərəflər olmadığından, rus sülhməramlılarına ehtiyac yoxdur.

"Qarabağın Azərbaycana məxsus olması ilə bağlı isə artıq heç kim mübahisə etmir", - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da, bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin