ABŞ prezidenti Bayden: “Yamyamlar əmimi yedilər”

10:21 - 18 Aprel 2024

ABŞ prezidenti Bayden: “Yamyamlar əmimi yedilər”

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatının Skranton şəhərinə səfəri zamanı İkinci Dünya Müharibəsində Sakit okean əməliyyatında iştirak etmiş əmisinin də adının qeyd olunduğu döyüş abidəsini ziyarət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, jurnalistlərə açıqlama verən Bayden İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında xidmət edən əmisi Ambrose Finneganın təyyarəsi qəzaya uğradıqdan sonra Yeni Qvineyada yamyamlar (adamyeyənlər) tərəfindən yeyildiyini bildirib.

Bayden, "Təyyarə o zaman adamyeyənlərin çox olduğu bir ərazidə vuruldu. Onun cəsədini heç tapmadılar, amma yenidən ora getdikləri zaman yoxladılar və təyyarənin bəzi hissələrini tapdılar" deyib.

Hərbi qeydlər təyyarənin Sakit okean üzərində itdiyini göstərir.

Bayden eyni hekayəni Pittsburqa gəldikdən sonra həmkarlar ittifaqı üzvlərinə də danışıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin