Lui Bono Gürcüstanda səfərdədir

20:27 - 18 Aprel 2024

Lui Bono Gürcüstanda səfərdədir

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

 

Manset.az  xəbər verir ki, məlumatı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi yayıb.

Bildirilib ki, gürcü nazir Lui Bononu Gürcüstanda həyata keçirilən sosial-iqtisadi təşəbbüslər və barışıq siyasəti barəsində məlumatlandırıb.

Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə ABŞ-yə təşəkkür edib.

“Tərəflər yaxından əməkdaşlığı davam etdirməkdə razılaşıblar”, – məlumatda bildirilib.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin