Qazaxıstanda yük qatarı qəzaya uğradı

22:16 - 18 Aprel 2024

Qazaxıstanda yük qatarı qəzaya uğradı

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb.

 

Manset.az  “Euroradio.fm”ə istinadən xəbər verir ki, məlumatı Belarus dəmir yollarının mətbuat xidməti paylaşıb.

Bildirilir ki, hadisə Qazaxıstanın Dostıq dəmir yolu stansiyasında qeydə alınıb.

Belarusun kalium gübrələrini daşıyan qatarın relsdən çıxması nəticəsində vaqonlar yaxınlıqdakı relsdə dayanan lokomotivə çırpılıb. Stansiyada infrastruktur ziyan görüb.

İlkin səbəb kimi qatarın altındakı açarın nasazlığı olduğu göstərilir.

Qəza Qazaxıstanla Çin arasında qatarların hərəkətinə təsir göstərib.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin