Avropa İttifaqı İrana qarşı sanksiyaları işə saldı

22:48 - 18 Aprel 2024

Avropa İttifaqı İrana qarşı sanksiyaları işə saldı

Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə İrana qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər.

 

Manset.az xəbər verir ki, bu, 27 dövlət və hökumət başçısının Avropa Parlamentinə seçkilər ərəfəsində son görüşüdür. Görüşdə Avropa İttifaqına seçkilərin müzakirə olunacağı gözlənilirdi. Lakin İranın İsrailə hücumu planı dəyişdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ İrana qarşı mövqeyində yekdildir. “Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyən diplomat yeni sanksiyaların pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərini hədəfə aldığını əlavə edib.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin