Aksiya ruh yüksəkliyi ilə davam edir - Laçın yolu

22:33 - 15 Fevral 2023

Aksiya ruh yüksəkliyi ilə davam edir - Laçın yolu

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya gecə saatlarında da yüksək əhvali-ruhiyyədə davam edir.

 

Manset.az xəbər verir ki, hazırda iştirakçılar şüarlar səsləndirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Gün ərzində indiyədək aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 77 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 66 gündür davam edir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin