Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

10:30 - 12 Aprel 2023

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Aprelin 12-si saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

 

Elm və Təhsil Nazirliyindən (ETN) Manset.az-a verilən məlumata görə, sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək.

Proses mayın 16-sı saat 23:59-da yekunlaşacaq.

 “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin