Paşinyan Laçında DAR AĞACINA ÇIXDI - Ermənistanın SONU GÖRÜNÜR

09:17 - 13 Aprel 2023

Paşinyan Laçında DAR AĞACINA ÇIXDI - Ermənistanın SONU GÖRÜNÜR

Ermənistan üçün nəzərdə tutulan bütün güzəştlər bitmək üzrədir. Rəsmi Bakı artıq İrəvanın hər hansı bir zaman qazanma cəhdini sülhdən yayınma kimi qiymətləndirəcək. Çünki beynəlxalq vasitəçilərin Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atmaq təşəbbüslərinin yenidən aktuallaşdığı bir vaxtda iki gün əvvəl Laçında hərbiçilərimizə qarşı erməni silahlıları tərəfindən törədilən təxribat İrəvanın eskalasiya riskini artırmaqda maraqlı olduğunu bir daha isbat etdi. 

Keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərini gücləndirdiyi bir vaxta Ermənistan tərəfindən sülh danışıqlarını pozmağa, onu növbəti dəfə dalana söykəməyə hesablanmış bu cəhdi Bakını sövq edir ki, Nikol Paşinyan hakimiyyətinin destruktiv mövqeyini əlindən almaq, bu cəhdlərini seria halına çevirməmək üçün hərbi müdaxilə etsin.

Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqların aparılması istiqamətində əsas şərtləri nəyinki Ermənistan üçün, onun havadarları və eləcə də beynəlxalq təsisatlara artıq 3 ilə yaxındır ki, gün kimi aydındır. Rəsmi Bakı mövqeyini və niyyətini açıq-aydın ortaya qoyub, İrəvana sülh əli uzatsa da qarşılığında təxribatların, manipulyasiya cəhdlərinin və özünə qarşı yenidən ərazi iddialarını ehtiva edən eskalasiyaya hesablanmış bəyanatların şahididir.

Son təxribat isə Azərbaycanı Ermənistan qarşısında daha kəskin addımlar atmağa sövq edir. Təəssüf ki, sülh dilini bilməyənlə savaş, hərbi güc dilində danışmaq zərurəti hər ötən gün artır. Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılsa da son günlər istər Vaşinqtondan gələn ayın ikinci yarısından sonra ABŞ-da Azərbaycan və Ermənistan liderləri arasında görüşün gözlənildiyi ilə bağlı erməni mətbuatında yayılan xəbərlər olsun, istərsə də Rusiya sülhməramlılarından Qarabağ ermənilərinin Bakı ilə danışıqlar aparmaq təklifləri ilə bağlı göndərdikləri xəbər olsun deməyə əsas verir ki, sülh üçün yenidən çox əlverişli, münbit şərait yaranıb.

Belə bir məqamda Laçında 3 hərbiçimizin şəhid olduğu təxribatın birdən-birə planlı şəkildə həyata keçirilməsi deməyə əsas verir ki, Ermənsitan bu və ya digər qüvvələr vasitəsi ilə budəfəki sülh istiqamətində planlaşdırılna addımları da geri çevirmək niyyətindədir.

Məhz bütün bunların beynəlxalq vasitəçilərin Ermənistanı danışıqlar masasına qaytarmağa çalışdılğı bir vaxtda verməsinin başqa adı yoxdur. İstənilən halda bu istiqamətdə ardıcıl addımların atıldığı bir vaxtda Azərbyacnla şərti sərhəddə törədilən silahlı insidentə ggörə məsuliyyəti birbaşa ilm olaraq Paşinyan hakimiyyəti daşıyır. Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırışların artdığı bir zamanda bunun qarşılığında fərqli mənzərə ilə qarşılaşmaq Azərbaycanı daha kəskin qəraralr qəbul etmək məcburiyyətində qoyur. 

Ermənistanın bu qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir, bu, eyni zamanda yeni hərbi təxribatların davamının olacağına da bir zəmin yaratmış olur. 

Desək ki, hazırkı durumda Ermənistan tərəfindən hərbi-siyasi təxribatların baş verəcəyi gözlənilmirdi, yalan olar. Bu, heç də təsadüfi deyil. Böyük ehtimalla söyləmək olar ki, baş verən atışma təxribatdan daha çox dəqiq hazırlanmış əməliyyatdır və Ermənistan Silahlı Qüvvələrinin korpus komandirinin burada olması da təsadüfi deyil. Yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri polkovnik Armen Gözəlyanın da olması iddialarımızın əsassız olmadığının təsdiqidir.

Ermənistanın bir neçə həlledici mərhələdən ibarət sülh danışıqlarının gözlənildiyi bir məqamda təxribatlar törətməsi, vəziyyəti gərginləşdirmək cəhdi, bölgədə müharibə riskini artırmaq niyyəti əslində çoxdan bəllidir. Yəni bu gün Ermənistan öz strategiyasına uyğun hərəkət edir, ritorikasına "sadiqdir". Ermənistanın baş naziri Nikol Paşinyan bu zamana kimi az qala hər çıxışında bəyan edirdi ki, Azərbaycan guya “eskalasiya hazırlayır”. Halbuki hər dəfə şahid oluruq ki, Ermənistan tərəfi şərti sərhəddə atəşkəs rejimini məhz özü dəfələrlə pozur.

Bunu səbəbləri müxtəlifdir:

1. Ermənistan sülh istəmir

2. Avropa İttifaqının mülki missiyasının "xidmətlərindən" istifadə etmək niyyəti güdür

3. Bu, Azərbaycanı beynəlxalq ictimaiyyətə sülhə mane olan, regional təhlükəsizliyi təhdid edən tərəf kimi təqdim etmək cəhdidir. Məqsəd isə Bakını dünyanın aparıcı güc mərkəzləri ilə üz-göz edib, danışıqlar prosesində Azərbaycanın bir çox şərtlərini geri götürməsinə nail olaraq, əlini gücləndirmək məqsədi daşıyır.

İndi siyasi aspektdən Ermənistanın yenə də öz "rolunu" oynaması, informasiya manipulyasiyasını daha intensivləşdirməsi, Azərbaycanı günahlandırması və çoxsaylı şikayətlərinə şahid olmağımız bu deyilənləri təsdiq edən əsas faktor kimi göz önündədir. Lakin Ermənistan tərəfi anlamalıdır ki, onun istər kənar müdaxilələr, istərsə də öz maraqlarına cavab verən bu təxribat cəhdləri yalnız özünün saxta, əldəqayırma "bünövrəsini" çatlatmağa xidmət edir. Çünki Azərbaycanı heç kim, heç bir qüvvə, kənar müdaxilə fikrindən, haq yolundan döndərmək üçün yetərli olmayacaq. Əslində, Laçındakı son təxribatlarla Nikol Paşinyan hakimiyyəti sonunu biraz da yaxınlaşdırdı, Ermənistan rəhbərliyi dar ağacındakı yerini təmin etdi.

Atabəy Türkel


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin