Koronavirusla bağlı yeni qaydalar qüvvəyə mindi - Türkiyədə

19:04 - 6 Sentyabr 2021

Koronavirusla bağlı yeni qaydalar qüvvəyə mindi - Türkiyədə

Türkiyədə bu gündən etibarən koronavirusla bağlı yeni qaydalar qüvvəyə minib.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı "A Haber” yayıb. Bildirilir ki, sentyabrın 6-dan etibarən koronavirusa qarşı peyvənd olunmayanlardan bir çox sahələrdə PCR test tələb olunmağa başlayıb.

Belə ki, peyvənd olunmayan şəxslər konsert, kinoteatr və teatr kimi vətəndaşların kütləvi olduğu məkanlara daxil olmaq üçün 48 saat ərzində edilmiş PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Əgər bir vətəndaş əvvəllər koronavirusa yoluxmayıbsa, peyvənd olunmayıbsa və neqativ PCR testi yoxdursa, sözügedən tədbirlərə buraxılmayacaq.

Bununla yanaşı, şəhərlərarası səyahətlər təyyarə, avtobus, qatar və digər ictimai nəqliyyatdan istifadə etmək istəyən peyvənd olunmayan şəxslərdən də neqativ PCR test tələb olunacaq.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin