Aygünü yağışlı bir gündə bu məşhur kəşf etmişdi: "Bakı küçələrində..." - VİDEO

18:30 - 7 Yanvar 2024

Aygünü yağışlı bir gündə bu məşhur kəşf etmişdi:

Xəbər verdiyimiz kimi, 48 yaşlı Əməkdar artist Aygün Bəylər ötən gecə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən Ankarada vəfat edib.

 

Manset.az  publika.az-a istinadən xəbər verir ki, artistin ölümü bir çox sənət adamlarını yasa boğub. Əməkdar artist Cavanşir Quliyev də Aygün Bəylərin ölümündən sarsıldığını gizlətməyib və tanışlıqlarını yada salıb.

"Səni yağışlı bir gündə Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim ki, uzun sürməyəcək həyatın... Heyf səndən, qızım..." , - Cavanşir Quliyev qeyd edib.

Qeyd edək ki, İctimai TV-nin Cavanşir Quliyevin yaradıcılığına həsr olunmuş "Ötən günlər" layihəsində Aygün Bəylər görkəmli bəstəkarla yağışlı bir gündə tanış olduğunu etiraf etmişdi.

"Cavanşir müəllimlə çox qeyri-adi təsadüflə yağışlı bir gündə tanış olduq. Onu uşaq vaxtından tanıyırdım, səsini eşidirdim, ağlayırdım və keçirdim küncə. Musiqiləri mənə başqa cür təsir bağışlayırdı. Cavanşir müəllimin çox gözəl səsi var idi. Birinci onun səsini sevdim, Allah da belə qismət etdi ki, biz tanış olduq. Dedim ki, mən oxumaq istəyirəm. Dedim nə oxuyum, "Qaragilə" dedi. Çox sağ olun, çox gözəl xeyir-dua verdiniz mənə, yol göstərdiniz. O vaxtlar mən tək idim, bir ata və böyük kimi mənə dəstək oldunuz. Baxmayaraq ki, atam icazə vermirdi, Cavanşir müəllim bir ata kimi yanımda oldu, o zamanlar "Dağlar" mahnısını, daha sonra isə bir türk mahnısını aranjeman eləmişdi, onu oxudum" - müğənni verilişdə qeyd edib.

Bəstəkar isə "Bir dənə "Qaragilə" oxudu, türklər demiş, "tüklərim dikən-dikən oldu". Kim sənə deyir oxuya bilməzsən, ona deyiblər ki, oxuya bilməzsən, otur nağaranı çal".


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin