Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO

15:27 - 04 Sentyabr 2025

Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO

Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının  cəzaçəkmə müəssisəsindən növbəti görüntüsü yayılıb.


Manset.az-ınməlumatına görə, meyxanaçı Baləli 11 saylı cəzaçəkmə müəssisəninə həmkarını ziyarətə gedib. Foto orada lentə alınıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az