“Bayer” azarkeşlərini Bakıya çarter reysi ilə gətirəcək

10:58 - 6 Mart 2024

“Bayer” azarkeşlərini Bakıya çarter reysi ilə gətirəcək

“Bayer” (Leverkusen) rəhbərliyi Avropa Liqasının 1/8 final mərhələsində Ağdam təmsilçisi ilə keçiriləcək oyundan öncə azarkeşləri sevindirib.

 

Manset.az xəbər verir ki, Almaniya klubu fanatların Bakıya gəlişini təmin edəcək.

Belə ki, leverkuzenlilərin 16 avro bilet pulu da daxil olmaqla bütün xərcləri klub tərəfindən qarşılanır. Azarkeşlər Bakıya çerter reysi ilə gələcəklər.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında görüş sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçiriləcək.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin