Azərbaycan boksçusu İtaliyada 1/8 finala yüksəldi

23:33 - 6 Mart 2024

Azərbaycan boksçusu İtaliyada 1/8 finala yüksəldi

Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

 

Manset.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin