“Turan” “Araz”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

09:08 - 10 Mart 2024

“Turan” “Araz”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.

Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqası

XXVI tur

5 fevral

15:30. “Turan Tovuz”– “Araz-Naxçıvan”

Baş hakim: Rəşad Əhmədov

Tovuz şəhər stadionu

18:00 Qarabağ – Zirə

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov Respublika stadionu


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin