Bakıdakı ağır yol qəzasında 4 nəfər xəsarət alıb - FOTOLAR (Yenilənib)

08:04 - 5 Aprel 2024

Bakıdakı ağır yol qəzasında 4 nəfər xəsarət alıb - FOTOLAR (Yenilənib)

Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində yaralananların kimliyi məlum olub.

Manset.az xəbər verir ki, iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzasında 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

23:01

Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Manset.az-a TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

22:14

 

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. 

 

Manset.az-ın məlumatına görə paytaxtın Heydər Əliyev prospektinin Nizami rayon hissəsində iki avtomobil toqquşub.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Yaralıların olduğu qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

Manşet.az

 



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin