İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
21 May 2024
23:27 - 4 Aprel 2024
Kürdəmirdə minik avtomobili yanaraq külə dönüb.
Manset.az xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü, rayonun Atakişili kənd sakini Ruslan Əzimov hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb və anidən alışıb.
Alovun qarşısını almaq mümkün olmayıb, nəticədə avtomobil tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin