Ağdamdakı partlayışla bağlı araşdırma aparılır

16:31 - 6 Aprel 2024

Ağdamdakı partlayışla bağlı araşdırma aparılır

Aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağdam rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin