Yevlaxda 24 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var

09:18 - 7 Aprel 2024

Yevlaxda 24 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var

Bu gün saat 03:00 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin