Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

23:00 - 18 Aprel 2024

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

 

Manset.az  xəbər verir ki 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov 1/16 final çərçivəsində Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.

Döyüş Azərbaycan boksçusunun qələbəsi ilə başa çatıb. Həsənov 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də olacaq.

Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin