AFFA-dan dava düşən oyunla bağlı cəzalar

13:52 - 10 May 2024

AFFA-dan dava düşən oyunla bağlı cəzalar

AFFA İntizam Komitəsi mayın 8-i AFFA U-16 Liqasında keçirilən “Kəpəz” – “Qəbələ” oyununda yaşanan insidentlə əlaqədar qərarlar çıxarıb.

 

Manset.az xəbər verir ki, buna matçından sonra qonaq komandanın bəzi futbolçularının döyülməsi səbəb olub. Qərara əsasən, oyun vaxtı rəqib oyunçu və hakimi təhqir etdiyinə görə "Kəpəz"in 2 futbolçusu 3 və 4 oyun, 2 oyunçusu rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.

Bundan başqa, oyun bitdikdən sonra "Kəpəz" PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16  komandası 500 manat cərimə edilib. Bundan başq, “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçiriləcək.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin