Bərdədə qadın küçədə bıçaqlandı

15:00 - 10 May 2024

Bərdədə qadın küçədə bıçaqlandı

Mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin