Aİ-dən Fələstin çıxışı: 4 ölkə tanıyacaq

16:56 - 10 May 2024

Aİ-dən Fələstin çıxışı: 4 ölkə tanıyacaq

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İspaniya, Malta, İrlandiya və Sloveniyanın Fələstini dövlət kimi tanıyacağını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Josep Borrell bu barədə İspaniyada yayımlanan yerli radiostansiyalardan biri olan RNE-yə açıqlama verib.

Joseph Borrell bildirib ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ona İspaniyanın Fələstini mayın 21-də tanıyacağını deyib. Borrell Malta, İrlandiya və Sloveniyanın da Fələstini tanıyacağını bildirib.

Fələstin dövlətinin sərhədləri ilə bağlı suala Borrell, “Biz bunu özümüz yaratmayacağıq. Bu, artıq BMT-nin qətnamələrində aydındır”, - deyə cavab verib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin