Dünyanın ən böyük dodaqlı qadınının yeni hədəfi ölümünə səbəb ola bilər

17:12 - 10 May 2024

Dünyanın ən böyük dodaqlı qadınının yeni hədəfi ölümünə səbəb ola bilər

Bolqarıstanda dünyanın ən böyük dodaqlı qadını kimi tanınan 25 yaşlı Andrea İvanova gəlinciklərinə bənzəmək üçün indiyədək 32 əməliyyat keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fenomen yeni bir rekord qırmaq istədiyini bildirib.

Andreanın bundan sonrakı hədəfi dünyanın ən uzun çənəsinə sahib olmaqdır. Lakin həkimi ona bir sonrakı plastik əməliyyatın ölümcül ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, gənc qadın 2018-ci ildə plastik əməliyyat etdirməyə başlayıb. İvanova çox diqqət çəkən dodaqlarına mütəmadi olaraq qulluq etdiyini bildirib. 2 həftədən bir hialuron turşusu vurduğunu ifadə edən İvanova, "Tək bu yox, böyük dodaqlarımı da aylıq iynələrlə qorumalıyam” deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin