ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı oldu - FOTOLAR

17:59 - 10 May 2024

ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı oldu - FOTOLAR

Mayın 10-da Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dosent Rafiq Abbasov tərəfindən tərtib olunmuş “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub.

 

Manset.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı bəzi məqamlara toxunub.

Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi gücə sahib olmuş və beynəlxalq əlaqələrini gücləndirmişdir.

Çıxışçılar dosent Misgər Məmmədov, dosent Mehriban Babaxanova, dosent Emil Qasımov “Azərbaycan-Çin (1993-2023) kitabı haqqında fikirlərini böülüşüblər.

Qeyd olunub ki, kitabda Azərbaycan Çin münasibətlərinin yüksələn xətlə ikişafı, bu inkişafda Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri və töhfələri yer almışdır.

Kitabın müəllim və tələbələr üçün əhəmiyyətindən danışan çıxışçılar Azərbaycanın regionda və bütün dünyada nüfuzunun artmasında məhz dahi rəhbər Heydər Əliyevin atmış olduğu addımların əsas rol oynadığını vurğulayıblar.

Tədbir tələbələrin sualları ilə davam edib.



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin