Rusiyada sərnişin avtobusu çaya düşdü: 4 ölü - VİDEO

18:04 - 10 May 2024

Rusiyada sərnişin avtobusu çaya düşdü: 4 ölü - VİDEO

Rusiyanın St. Sankt-Peterburqda içərisində 20-yə yaxın sərnişin olan avtobusun Moika çayına düşməsi nəticəsində azı 4 nəfər ölüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan sonra ətrafdakı insanlar avtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri xilas etmək üçün çaya atılıb, hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 18 texnikası və 69 canlı qüvvəsi göndərilib.

Avtobus batmasın deyə kəndirlərlə  körpüyə bağlanıb.

Qapalı vəziyyətdə qalan bəzi sərnişinlər avtobusun yuxarı hissəsindəki havalandırmadan çıxarılıb.

Müalicə altında olan sərnişinlərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilsə də, ölənlərin sayının artacağından ehtiyat edilir.

Rusiya İstintaq Komitəsi qəza ilə bağlı rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin