Londona gələn şahzadə Harri atasını ziyarət etmədi

18:13 - 10 May 2024

Londona gələn şahzadə Harri atasını ziyarət etmədi

Britaniya şahzadəsi Harri Londonda Invictus Oyunlarının yubiley mərasimində iştirak edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-a köçən Harri bu səfəri zamanı xərçənglə mübarizə aparan atası Kral Çarlz ilə görüşməyib.

Atasının sarayından cəmi 3 kilometr aralıda keçirilən tədbirə qatılan Harri əvəzində mərhum anası Ledi Diananın ailəsi ilə görüşüb. Mərasimdə Harriyə əmisi və bibisi dəstək olub.

Həmin zaman Kral həyat yoldaşı Kraliça Kamilla ilə Bukingem sarayında mövsümün ilk bağ ziyafətini verib.

Ötən gün Bukingem Sarayı Kral Çarlzın Harrinin Ordu Hərbi Hava Qüvvələri qərargah polkovniki vəzifəsini böyük qardaşı, Vəliəhd Şahzadə Uilyama təhvil verəcəyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin