Film deyil, reallıq: Ayda qatar səyahəti rəsmi olaraq başlayır

18:15 - 10 May 2024

Film deyil, reallıq: Ayda qatar səyahəti rəsmi olaraq başlayır

İstər ölkələrarası, istərsə də şəhərlərarası səfərlərdə istifadə edilən daşıma üsullarından biri olan qatarlar bu dəfə Yerin peyki olan Ay üzərində qurulur.

 

Elmi fantastika romanının səhifələrindən kənar bir şey kimi səslənsə də, bu ideya ABŞ Aeronavtika və Kosmos Administrasiyasının (NASA) "İnnovativ Qabaqcıl Konseptlər" (NIAC) layihəsinin bir hissəsi olacaq.

Manset.az  Daily Mail-ə istinadən bildirir ki, Flexible Levitation on a Track (FLOAT) adlı layihədə Ay səthində hər gün 100 tona qədər material daşımaq üçün levitasiya edən maqnit robotlarından istifadə edilməsi planlaşdırılır.

Layihəni hazırlayan komanda hesab edir ki, bu, Ayda çıxarılan resursların etibarlı və avtonom şəkildə daşınmasına imkan verəcək.

Jalə

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin