Eşitmə müalicəsində inqilab

18:32 - 10 May 2024

Eşitmə müalicəsində inqilab

İngiltərədə anadangəlmə eşitmə qüsuru olan 1,5 yaşlı Opal Sandy adlı körpə qız gen terapiyası sayəsində ilk dəfə cihazsız eşitməyə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daxili qulağı ilə beyni arasında zədələnmiş sinirlərlə doğulan Opal, daxili qulaqdan beynə gedən sinir impulslarını pozan və səhv bir gendən qaynaqlana bilən eşitmə neyropatiyasına görə heç bir şey eşidə bilmirdi.

 Ailəsi Kembric Universitetinin xəstəxanalarında hazırlanmış Akkord sınağının həyata keçirilməsini təsdiqləyib.

16 dəqiqə davam edən əməliyyat zamanı genin işlək nüsxəsini ehtiva edən infuziya verilib.

Saç hüceyrələrini eşitmə siniri ilə birləşdirən bir protein yeridilib.

Opal müalicəyə cavab verib və üç həftə ərzində o, səslərə cavab verməyə başlayıb.

Müalicə olunan sağ qulaqdakı eşitmə altı aydan sonra işlək hala gəlib.

18 aylıq olan Opal indi pıçıltıları belə eşidir.

O, “Ana”, “Ata”kimi sözləri deyə bilir. Opal oyuncaq zərb alətləri ilə oynamaqdan həzz alır.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin