BMT Fələstinlə bağlı qətnamə qəbul etdi

20:06 - 10 May 2024

BMT Fələstinlə bağlı qətnamə qəbul etdi

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

 

Manset.az xəbər verir ki, Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləyib.

Səsvermədə 143 ölkə qətnaməni dəstəkləyib, 9 ölkə əleyhinə səs verib, 25 ölkə isə bitərəf qalıb. Azərbaycan qətnamənin lehinə səs verən ölkələr arasındadır.

Qətnamə Fələstinə BMT-nin tamhüquqlu üzvü statusu vermir, lakin onun üzv olmaq hüququna malik olduğunu tanıyır. Qətnamə layihəsi 2024-cü ilin sentyabrından etibarən fələstinlilərə assambleya zalında BMT-nin tamhüquqlu üzvləri arasında yerlər verilməsi də daxil olmaqla əlavə hüquq və imtiyazlar təqdim edəcək, ancaq Fələstinin səs vermək hüququ olmayacaq.

Qeyd edək ki, bu gün BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilib.

Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət lazımi dəstəyi almamışdı.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin