Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

21:04 - 10 May 2024

Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. 

 

Manset.az xəbər verir ki, Bizim.Media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir:

“Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır”. 
O qeyd edib ki, Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur:

“Həbs edilmiş şəxslərə həftədə bir dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin