Şahbaz Şərifə COP29-a dəvət məktubu çatdırıldı

22:27 - 10 May 2024

Şahbaz Şərifə COP29-a dəvət məktubu çatdırıldı

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.

 

Manset.az xəbər verir ki, Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı dəvət məktubunu Baş naziri Məhəmməd Şahbaz Şərifə təqdim edib.

Baş nazir səmimi dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü və bu il dünya liderlərinin ən mühüm toplantısı olan COP29-a ev sahibliyinə görə təbriklərini çatdırmağı xahiş edib. Baş nazir COP29-u səbirsizliklə gözlədiyini söyləyib.

Məhəmməd Şahbaz Şərif Pakistanın Azərbaycanı COP29-la bağlı hərtərəfli dəstəklədiyini vurğulayıb.

Muxtar Babayev COP29-a hazırlıq prosesində Azərbaycana göstərdiyi dəstəyə görə Baş nazirə minnətdarlığını bildirib.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin