Allahşükür Paşazadənin milyonluq yeni zirehli maşını — FOTO

19:57 - 25 İyun 2021

Allahşükür Paşazadənin milyonluq yeni zirehli maşını — FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin özünə dəyəri 600 min manatdan başlayan Mersedes-Maybach 57S zirehli maşın alıb.


Manset.az-ın xəbərinə görə, Şeyxin yeni avtomobilinin üzərinə "99-AA-003" olan dövlət nömrə nişanı vurulub. 

Xatırladaq ki, A.Paşazadə, bu lüks maşını ilə təqribən iki həftə öncə görüntülənib. Belə ki, o, iyunun 13-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılarkən bu avtomobildən istifadə edib. 



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin