Bu dövlət qurumunda orta maaş 5,5 min manat olub

15:26 - 30 İyun 2021

Bu dövlət qurumunda orta maaş 5,5 min manat olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2020-ci ildə işçilərə 82,321 mln manat əməkhaqqı hesablanıb.

Manset.az-ın məlumatına görə, bu, 2019-cu il ilə müqayisədə 17,9% çoxdur.

2020-ci ildə qurumun işçilərinin orta sayı 14 871 nəfər olub. Bu zaman işçilər üzrə orta əməkhaqqı 5,536 min manat olub. 

İşçilərin əmək haqqından 21,235 mln manat sosiai müdafiə fonduna ayırmalar hesablanıb, ondan 3,421 min manat müəssisəyə xərclənib və fondunun hesabına 21,230 mln manat köçürülüb. Hesablanmış penya 14,486 min manat olub və ondan 14,466 min manat  fondunun hesabına köçürülüb. 

Hesabat ilinin sonuna fond üzrə borc qalığı 1,290 mln manat olub. 31.12.2020-ci il tarixə işçilərə 5,350 mln manat əməkhaqqı üzrə borc qalığı qalıb.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin