Toya gedəcək şəxslər bu xəbəri mütləq izləsin! - VİDEO

00:42 - 1 İyul 2021

Toya gedəcək şəxslər bu xəbəri mütləq izləsin! - VİDEO

Artıq bu gündən vətəndaşlarımız rahatlıqla toylara gedəcəklər.

Manset.az xəbər verir ki, şadlıq evləri və restoranlar toylara tam hazırdır. Qalır təkcə insanların vaksin vurdurub toylarda iştirak etməyi. Əməkdaşlarımız Bakıda bir neçə məkanda olub, toy hazırlıqları necə getdiyi ilə maraqlanıblar.

Şadlıq evləri və digər toy məkanları bu gündən qapılarını qonaqların üzünə açır. Nəhayət 1 il 3 ay aradan sonra ən qədim adətlərimizdən olan toyların keçirilməsinə icazə verilir. Şadlıq saraylarında və restoranlarda artıq hazırlıqlar demək olar ki, tam yekunlaşıb. 

Restoran meneceri Fərid Adıgözəlov deyir ki, sabah 120 nəfərlik toy sifarişləri var. Həmin toy da daxil olmaqla digər sifarişlərlə bağlı bütün lazimi prosedurlar icra olunub. Masalar və stullar arasında ara məsafə tələbi tam təmin edilib.

Əvvəlki vaxtlarda bir dəfəyə 600-700 şəxsin iştirak edə bildiyi bu məkanda isə sabah 150 nəfərlik toy olacaq. Şadlıq sarayı işlədən Emil Abdullayev deyir ki, işçi heyəti vaksinasiyaya cəlb olunub.

Görünür şadlıq sarayları və restoranlar toylara tam hazırdır. Qalır bircə məsələ. Yəni vaksin vurdurmadan toylara gələnlərin aqibəti. Restoran işlədən şəxslər bildirirlər ki, bu məsələyə özləri də nəzarət edəcək

Qeyd edək ki, ötən ilin mart ayından etibarən koronovirusla əlaqədər ölkə ərazisində toyların keçirilməsinə qadağa qoyulmuşdu. Həmin qərar sabahdan qüvvədən düşür.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin