Vətəndaşın polis bölməsində intihar etməsi iddiasına DİN-dən AÇIQLAMA (VİDEO)

19:29 - 1 İyul 2021

Vətəndaşın polis bölməsində intihar etməsi iddiasına DİN-dən AÇIQLAMA  (VİDEO)

Sosial şəbəkələrdə Tural Məmmədovun polis bölməsində intihar etməsi ilə bağlı məlumat paylaşılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

"İyunun 20-də Bakı şəhər sakini Tural Məmmədov DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək özünün “QAZ-24” markalı avtomobilinin E.Bədəlov adlı şəxs tərəfindən qanunsuz yolla ələ keçirilməsi barədə müraciətinə baxılmaması səbəbindən intihar edəcəyini bildirərək Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına daxil olub, Növbətçi Hissənin qarşısında qəflətən özü ilə gətirdiyi benzini üzərinə tökərək yandırıb. 

Polis əməkdaşları tərəfindən o, dərhal 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ertəsi gün vəfat edib.
Aparılan araşdırmalarla T.Məmmədovun qaçırılmış olduğunu bildirdiyi həmin avtomobilin ona heç bir aidiyyətinin olmadığı və onun bu barədə polis orqanlarına hər hansı müraciət etmədiyi müəyyən edilib. 

Həmçinin T.Məmmədovun klinik psixatriya xəstəxanasında qeydiyyatda olduğu, bu səbəbdən də hərbi xidmətə tam yararsız olması, polis orqanlarına dəfələrlə yalan məlumatlar verdiyi üçün onunla profilaktiki söhbətlər aparıldığı, lakin edilən tövsiyələrə məhəl qoymadığı məlum olub. Eyni zamanda, müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə əsassız olaraq məlumatlar versə də, aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalarla bu məlumatların heç birinin öz təsdiqini tapmadığı da aşkar olunub".


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin