Qusarda falçı şəhidin övladının müalicə pulunu oğurlayıbmış - VİDEO

20:02 - 1 İyul 2021

Qusarda falçı şəhidin övladının müalicə pulunu oğurlayıbmış - VİDEO

Qusar rayonunda falçı şəhid övladının müalicəsi üçün yığılan pulu oğurlayıb.

Manset.az xəbər verir ki, bu barədə Space Tv-də yayımlanan "Gündəm Amil Xəlil ilə" proqramında Vətən müharibəsi şəhidi Çoban Nurmətovun həyat yoldaşı Əfsanə Nurmətova məlumat verib. O, iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ilə ora daxil olduğunu və 11 800 manat pulunu oğurladığını bildirib.

Qeyd edək ki, Hadisəni törədən Yevlax rayon sakini Aygün Abdullayeva və onun həyat yoldaşı Elçin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.
 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin