COVID-19-un yeni dalğası ilə bağlı - Xəbərdarlıq

07:51 - 2 İyul 2021

COVID-19-un yeni dalğası ilə bağlı - Xəbərdarlıq

Avropa Xəstəliklərin Qarışısının alınması və Kontrolu Mərkəzi genişmiqyaslı vaksinasiyaya rəğmən, yeni bir koronavirus dalğasının başlayacağı ilə bağlı xəbərdarlıq edib.

Manset.az xəbər verir ki, bu barədə mərkəzin yaydığı məlumatda deyilir.

Bildirilib ki, iyunun 30-na olan məlumata görə, Avropada əhalinin 46 faizi peyvəndin ilk dozunu, 26 faizi isə hər iki dozu qəbul edib, ancaq bu, kifayət etmir və yeni bir xəstəlik dalğası başlaya bilər.

Qeyd olunub ki, Avropada vaksinasiya ölkədən ölkəyə dəyişir. Məsələn, Belçikada əhalinin 61 faizi vaksinasiyadan keçdiyi halda, Bolqarıstanda bu rəqəm 14 faizdir.

Vurğulanıb ki, bəzi ölkələrdə vaksinlərə əlçatanlıq asan olsa da, insanlar peyvənd olunmaq istəmir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin